"Barselona"nın yarımmüdafiəçisi İvan Rakitiç Almaniyaya qayıtmaq niyyətindədi. Matç.az saytı xəbər verir ki, xorvatiyalı futbolçu özü bu istəyini açıqlayıb.

30 yaşlı orta sahə oyunçusu "Barselona"dan sonrakı karyerasının məhz Bundesliqa olacağını istisna etməyib: "Bundesliqa hər zaman mənim üçün xüsusidi. Orda "Bavariya", "Şalke" və "Borussiya" (Dortmund) kimi önəmli komandalar var. Hər iki tərəfi qane etsə, orda niyə də oynamayım?".

Qeyd edək ki, 2014-cü ildən "Barselona"nın formasını geyinən İvan Rakitiç 2007-2011-ci illərdə "Şalke"nin uğurları üçün çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest