"Liverpul" "Real"ın yarımmüdafiəçisi Marko Asensiodan əl çəkmir. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, "qırmızılar" İspaniya millisini üzvü üçün növbəti dəfə qarşı tərəfin qapısını döyməyə hazırlaşır.

Premyer Liqa təmsilçisinin bir müddət əvvəl 180 milyon avroluq təklifi rədd edilmişdi. İngilislər yeni təkliflə müraciət edəcəklər. "Kral klubu"nda Kriştianu Ronaldonun boşluğunu doldurması gözlənilən 22 yaşlı hücumameyilli futbolçu ümidləri doğrulda bilmir.

Qeyd edək ki, Marko Asensionun "Real"la müqavilə müddəti 2023-cü ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest