"Barselona" "Ayaks"ın futbolçuları Mateys De Liqt və Frenki de Yonqu transfer etməkdə israrlıdı. Matç.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, Kataloniya klubu danışıqları intensivləşdirib.

Klubun idman direkyoru Erik Abidal bu məqsədlə Amsterdama yollanıb. De Liqtlə görüşən fransalı bu transferi müzakirə edib və 19 yaşlı mərkəz müdafiəçisi ilə bağlı planlarını açıqlayıb. Abidal həmçinin de Yonqla da telefon vasitəsilə söhbət edib.

Təkliflərin ardı-arasının kəsilmədiyini görən "Ayaks" rəhbərliyi isə oyunçularını satmağa razılıq verib. Lakin hollandlar de Yonqa 75, de Liqtə isə 65 milyon avro qiymət qoyub. Yəni adıçəkilən futbolçuların hər ikisini transfer etmək istəyən klub 140 milyon avrosundan keçməlidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest