Dekabrın 12-də UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında 2020-ci ildə keçiriləcək futzal üzrə dünya çempionatının Avropa zonası üzrə ilkin və əsas mərhələsinin püşkü atılacaq. Matç.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, püşkdə ölkəmizi AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov təmsil edəcək.

Millimiz mübarizəyə əsas mərhələdən başlayacaq. Bu mərhələnin oyunları gələn il 22-29 oktyabr tarixlərində keçiriləcək. Elit-raundun püşkü noyabrın 7-də, oyunları isə 2020-ci il yanvrın 28-dən fevralın 2-dək təşkil ediləcək.

Dünya çempionatının final mərhələsinə isə 2020-ci ilin 12 sentyabr – 4 oktyabr tarixlərində Litva evsahibliyi edəcək. Əsas mərhələnin oyunlarının Bakıda keçirilməsi üçün AFFA namizədliyini irəli sürüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest