"İlk növbədə hədəfimiz qələbə qazanmaqdı. Bunu da baxımlı oyunla əldə etmək istəyirik. Təbii ki, hər şeydən əvvəl bizim üçün qalibiyyət önəmlidi". Matç.az saytının məlumatına görə, bunu "Sportinq"in baş məşqçisi Marsel Keyzer deyib.

Portuqaliya təmsilçisi Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində sabah "Qarabağ"ın qonağı olacaq.

Keyzer oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Sabahkı oyunda qələbə qazanmasanız belə, növbəti mərhələyə adlaya bilərsiniz. Matça yanaşmanız necə olacaq?

- Biz öz oyunumuza köklənməliyik. "Arsenal"ın oyunundan nə dərəcədə kömək gələcək, bu, ikinci dərəcədi. Şad xəbər gələr, lap yaxşı. Ancaq biz ilk növbədə özümüz qələbə qazanmağa çalışmalıyıq.

- Artıq 3 həftədi komandada işləyirsiniz. Bu müddətdə futbolçularla bağlı kifayət qədər məlumat əldə etmisinizmi və heyətdə hansı dəyişikliklər gözlənilir?

- Baş məşqçi çox çalışdıqda komandasını daha yaxşı tanıyır. Hər həftə nəsə öyrənirəm. Dəyişiklik təkcə oyunçularla deyil, oyun komponentləri ilə də etmək olar. Məsələn, pressinq və digər məqamlar. Müəyyən vaxt lazımdı ki, hər şey qaydasına düşsün.

- Futbolçulardan sizi ən çox təəccübləndirən kim oldu?

- Oyunçular haqda fərdi danışmaq istəmirəm. ölkə kubokundakı oyunu yaxşı keçirdik və 4 qol vurduq. Daha sonra hər şeyi öz aramızda müzakirə etdik.

- "Sportinq"in Avroliqa oyunlarını izlədikdə nələri gördünüz?

- Əlbəttə ki, komandada ruh yüksəkliyi görmüşəm. Sabah da bunu gözləyirəm. Belə olan halda qələbə gələ bilər.

- Qələbəyə kökləndiyinizi dediniz. Məğlubiyyətə necə, hazırsınızmı?

- Hər iki komanda sabah qələbə üçün oynayacaq. Bu da oyunu maraqlı edir.

- Adətən rəqib öncədən araşdırılır. Qarabağ adının nə məna kəsb etməsi barədə məlumatınız varmı?

- Əvvəla deyim ki, "Qarabağ" çox gözəl, modern futbol oynayır. Rəqibin 3 oyununu izləmişəm. Əks-hücum komponentlərində yaxşı komandadı, topla yaxşı rəftar edir. "Qarabağ" haqda eşitmişəm. ölkənizə ilk dəfədi gəlirəm. Bura xoşuma gəlir.

- Heyətinizdə kifayət qədər itkilər var. çıxış yolunu nədə görürsünüz?

- Yaxşı komanda təkcə 11 oyunçudan ibarət deyil. Bizim 25 futbolçumuz var. Düzdü, heyətdə problemlər var və bura 18 oyunçu ilə gəlmişik. İstənilən halda sabahkı matçda futbolçularımızın yaxşı çıxış edəcəklərinə inanıram.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest