"Sportinq" böyük komandadı. Burda oyunçuların kimliyi önəm daşımır. Hamımız qələbəyə köklənmişik".
"çox yaxşı durumdayıq və sabahkı oyuna hazırıq". Matç.az saytı xəbər verir ki, bu sözləri "Sportinq"in futbolçusu Andre Pinto deyib.
Mərkəz müdafiəçisi Avropa Liqasının qrup mərhələsinin V turunda "Qarabağ"a qarşı keçiriləcək oyunla bağlı fikirlərini bildirib.
29 yaşlı oyunçu bu gün təşkil edilən mətbuat konfransında iddialı danışıb: "Sabah bizi çətin oyun gözləyir. Qələbə bizi növbəti mərhələyə daşıyacaq. ümid edirik ki, 6 aydan sonra yenidən Bakıya qayıdacağıq. Sabahkı görüşdə fərqli "Qarabağ" gözləmirik. Yəqin ki, ilk matçdakı kimi oynayacaqlar. Eyni oyun fəlsəfəsinə malik komandadı. Cinahdan oynayır, əks-hücumlara tez-tez bel bağlayır və çalışırlar sürətli çıxış etsinlər. "Qarabağ" özünə əmin komandadı. Sabah da onlardan bu performansı gözləyirəm.
- Heyətdə itkilər kifayət qədərdi. Bu, sizə problem yaratmayacaq?
- "Sportinq" böyük komandadı. Burda oyunçuların kimliyi önəm daşımır. Hamımız qələbəyə köklənmişik.
- Sabah meydana çıxacaqsınız?
- Bu hələ bilinmir. Baş məşqçi yekun qərarı sabah verəcək.
- Baş məşqçi qısa müddətdi sizinlə çalışır. Onunla bağlı düşüncələriniz nələrdi?
- Burda futbolçuların üzərinə böyük məsuliyyət düşür. Onlar çalışmalıdı ki, baş məşqçinin ideyalarını qısa müddətdə həyata keçirə bilsinlər. Həmçinin məşqlərdə öyrəndiyimizi oyunlarda tətbiq etməliyik.