Türkiyə Superliqası tarixində ilk gerçəkləşib. Matç.az saytının yerli mətbuata istinadən məlumatına görə, 13 turdan sonra "üç böyüklər"dən heç bir komanda ilk iki sırada yer almır.

İlk dəfə "Qalatasaray", "Fənərbaxça" və "Beşiktaş" deyil, İstanbulun başqa iki komandası zirvədə qərarlaşıb. Hazırda Superliqaya başçılıq edən "Başakşəhər"lə "Kasımpaşa" liderlik uğrunda yarışır.

Qeyd edək ki, "Başakşəhər"in 30, "Kasımpaşa"nın isə aktivində 25 xal var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest