Əfsanəvi braziliyalı futbolçu Roberto Karlos həmyerlisi Neymarı tərifləyib. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, sabiq müdafiəçi PSJ-nin hücumçusunun tezliklə ən yaxşı olacağını düşünür.

O, Neymarın keçmiş komandası "Real"a keçməsinə yalnız sevinəcəyini söyləyib: "Neymar kimi futbolçuya dünyanın bütün klublarının ehtiyacı var. O, xüsusi istedadı olan möhtəşəm oyunçudu. Tezliklə dünyanın mübahisəsiz ən yaxşısı olacaq. Belə oyunçu təkcə mənim klubu "Real"da yox, dünyanın istənilən böyük klubunda asanlıqla oynayar".

Qeyd edək ki, PSJ-də xoşbəxt olmayan Neymarın "Barselona"ya dönüşü də istisna edilmir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest