"Mançester Yunayted"in hücumçusu Aleksis Sançes "Mançester Siti"nin maraq dairəsinə düşüb. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, yaxın günlərdə "şəhərlilər" oyunçu üçün qarşı tərəflə danışıqlara başlayacaq.

Mövsümü icarə əsasında "İnter"də keçirən çilili futbolçu Premyer Liqaya qayıtmağa müsbət yanaşır. "Mançester Siti" artıq oyunçunun agenti ilə əlaqə saxlayıb. Alekssisdən razılıq alan rəhbərlik "Mançester Yunayted"lə də danışıqlara başlamaq niyyətindədir.

Sançes A Seriyasında keçirdiyi 18 qarşılaşmada 3 qol vurub və 7 assist edib. Onun "qırmızı şeytanlar"la müqaviləsi 2022-ci ilin yayına qədər qüvvədədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest