"Bir çox insan həyatını vətən üçün qurban verir. Bu səbəbdən, onlar yaddaşlarda əbədi qalırlar".
 
Bu fikirləri "Qarabağ" klubunun sabiq futbolçusu Ansi Aqolli son günlər Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz rayonu hissəsində baş verən hadisələr barədə danışarkən deyib.
 
38 yaşlı albaniyalı müdafiəçi həyatları itirən əsgərlərin ailələrinə başsağlığı verib. Təcrübəli futbolçu Qarabağ haqqında da danışıb: "Qarabağ Azərbaycan torpağıdır. Nə olursa-olsun, həmişə belə olacaq. Mən Azərbaycan xalqına, xüsusən, ağdamlılara əmin-amanlıq və sülh arzulayıram. Bir gün onlar. evlərinə qayıdacaqlar və o gün tezliklə gələcək".
 
Qeyd edək ki, Ansi Aqolli Albaniya millisində oynadığı vaxt 2015-ci ildə AVRO-2016-nın seçmə mərhələsində Yerevanda Ermənistana 3:0 hesabı ilə qalib gəldikləri matçdan öncə bütün Azərbaycan xalqına salam göndərib. 
 
2012 - 2019-cu illərdə "Qarabağ"da çıxış etmiş Ansi Aqolli ötən mövsüm ABŞ klubu ilə səviyyəcə dördüncü sayılan Milli Premyer Liqada (NPSL) çempion olub. O, ötən ay komandası ilə başa çatan müqaviləsinin müddətini 1 il uzadıb.(report)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest