Hazırda "Erzurumspor"da çıxış edən "Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiç cari mövsüm Türkiyə birinci liqasında ən az qol buraxan qapıçı olub.

Matc.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bosniyalı qolkiper birinci liqada 34 matçı hamısımda 90 dəqiqə meydanda olub və cəmi 26 qol buraxıb.

Qeyd edək ki, "Erzurumspor" 1-ci liqanı 62 xalla 2-ci pillədə tamamlayıb və elitaya yüksəlib.

Xatırladaq ki, Şehiç 2013-18-ci illərdə "Qarabağ"da oynayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest