"Fiziki formamı qorumaq üçün artıq bir aydan sonra meydançada məşq etməyə çalışırdım. "Neftçi" fanatlarını internet vasitəsilə izləmişəm"

"Belə bir fürsət əlimə düşəndə çox sevindim. "Neftçi" yaxşı komandadır. Burada olduğum üçün xoşbəxtəm və uğurları üçün əlimdən gələnin ən yaxşısını edəcəyəm".

Matc.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin yeni transferi Yusuf Laval klub kanalına müsahibəsində deyib.

22 yaşlı nigeriyalı vinger pandemiya səbəbindən hazırlıq prosesinin çox çətin olduğunu və evdən çıxıb heç nə edə bilmədiyini söyləyib: "Fiziki formamı qorumaq üçün artıq bir aydan sonra meydançada məşq etməyə çalışırdım. "Neftçi" fanatlarını internet vasitəsilə izləmişəm. Bilirəm ki, bu komandanın çox gözəl azarkeşləri var. Onlarla görüşü səbirsizliklə gözləyirəm. "Neftçi"də əsas məqsədim ən yaxşı oyunçu olmaqdır".

Qeyd edək ki, "Neftçi" Yusuf Lavalla 2+1 illik müqavilə imzalayıb. 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest