İtaliyanın "Milan" klubu baş məşqçisi Stefano Pioli ilə müqavilənin müddətini uzadıb.

Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 55 yaşlı italiyalı mütəxəssisin yeni sözləşməsi 2022-ci ilin yayına qədər nəzərdə tutulub.

Daha öncə komandanın başına "Leyptsiq"in baş məşqçisi Ralf Raqnikin gətiriləcəyi deyilsə də, rəhbərlik Pioli ilə yeni müqavilə imzalayıb.

Qeyd edək ki, "Milan" A Seriyasının bitməsinə 3 tur qalmış Avroliqanın təsnifat mərhələsinə vəsiqəni təmin edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest