22 İyul 2020, 13:15
FUTBOL
Almaniyanın "Darmştadt" klubunun Türkiyə əsilli futbolçusu Serdar Dursun Azərbaycan milli komandasından təklif alıb.
Matc.az xəbər verir ki, 28 yaşlı hücumçu bu barədə özü "Hurriyyet"ə açıqlama verib:
"Milli komandalarında məni görmək istədiklərini dedilər. Mən isə Türkiyə yığmasında çıxış etmək istədiyimi söylədim".
Qeyd edək ki, Serdar Dursun 2018-ci ildən "Darmştadt"da çıxış edir.