22 İyul 2020, 17:16
FUTBOL
"Qalatasaray" daha bir futbolçu ilə yollar ayrılıb. Matc.az klub saytına istinadən xəbər verir ki, Mariano növbəti mövsüm komandada yer almayacaq.
Məlumata görə, braziliyalı futbolçu bu gün İstanbul təmsilçisi ilə son məşqinə çıxıb. Klub ona göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Mariano "Qalatasaray"a 2017-ci ildə "Sevilya"dan keçib.