"Napoli"nin müdafiəçisi Kalidu Kulibali komandadan ayrılmayacaq. Matc.az xəbər verir ki, bu barədə futbolçu özü açıqlama verib.

O bildirob ki, "Napoli"dən ayrılmağı düşünmür və İtaliyada özünü xoşbəxt hiss edir. Seneqallı oyunçunun klubu ilə müqaviləsi 2023-cü ilin yayına qədərdir.

Xatırladaq ki, daha öncə "Mançester Siti" və "Liverpul"un müdafiəçi ilə maraqlandığı iddia edilirdi.

Kulibali bu mövsüm A Seriyasında 22 oyun keçirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest