23 İyul 2020, 10:20
FUTBOL
"Zirə" klubu ilə yollarını ayıran Anastasios Papazoqlu karyerasını ölkəsi Yunanıstanda davam etdirə bilər.
Matc.az "Agriniotimes" nəşrinə istinadən xəbər verir ki, 32 yaşlı müdafiəçi Premyer Liqaya vəsiqə qazanan sabiq komandası "Apollon Smirnis"in diqqət mərkəzinə düşüb.
Afina təmsilçisinin oyunçu ilə görüşdüyü də bildirilir. Lakin tərflər arasında danışıqlar dondurulub. Buna səbəb komandanın baş məşqçisi Babis Tennesin bir neçə seçiminin olmasıdır.
Qeyd edək ki, Anastasios Papazoqlu ötən mövsüm "Zirə"də oynayıb. O, 2017/2018 mövsümündə "Apollon Smirnis"in formasını geyinib.