Mirça Luçesku karyerasını yenidən Ukraynada davam etdirə bilər.  Matc.az xəbər verir ki, rumıniyalı mütəxəssisin "Dinamo"ya (Kiyev) baş məşqçi təyin olunacağı ilə bağlı xəbərlər yayılıb.

İddiaya görə, "Şaxtyor"un sabiq çalışdırıcısı klub rəhbərliyi ilə danışıq aparmaq üçün Kiyevə gəlib. Təcrübəli mütəxəssisin yüksək əmək haqqı və transfer büdcəsi tələb etdiyi bildirilir.

Əgər tərəflər arasında razılıq əldə olunarsa, Luçeskunun köməkçisi 12 il "Şaxtyor"da çalışdığı moldovalı mütəxəssis Aleksandr Spiridonun təyin ediləcəyi vurğulanıb.

 Qeyd edək ki, 74 yaşlı baş məşqçisinin son iş yeri Türkiyə millisi olub.        

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest