23 İyul 2020, 15:20
FUTBOL
Unay Emeri yenidən İspaniyada çalışacaq. Matc.az xəbər verir ki, "Vilyarreal" 49 yaşlı mütəxəssislə anlaşdığını elan edib.
Bildirilir ki, ispaniyalı çalışdırıcı ilə 3 illik müqavilə imzalayıb. Emeri komandadan ayrılan Xavyer Kalyexini əvəzləyib.
"Vilyarreal" geridə qalan mövsüm La Liqada 5-ci yeri tutaraq Avroliqanın qrup mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, Unay Emeri buna qədər ölkəsində "Valensiya" və "Sevilya"da çalışıb. O,Əndəlus təmsilçisi ilə 3 dəfə UEFA Avroliqanın qalibi olub.