Kiyev "Dinamo"sunun yeni baş məşqçisi müəyyənləşib. Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu posta Mirça Luçesku gətirilib.

Rumıniyalı mütəxəssis yeni komandası ilə 2+1 illik müqavilə imzalayıb. 75 yaşlı çalışdırıcı 2004-2016-cı illərdə Ukraynada Donetsk "Şaxtyor"una başçılıq edib.

Qeyd edək ki, Mirça Luçesku son iş yeri olan Türkiyə millisindən ötən il ayrılıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest