23 İyul 2020, 17:32
FUTBOL
Növbəti mövsümdən Türkiyə Super Liqasında çıxış edəcək "Hatayspor"un yeni baş məşqçisi müəyyənləşib. Matc.az "Fanatik" nəşrinə istinadən xəbər verir ki, komanda Samet Aybabaya tapşırılıb.
Məlumata görə, tərəflər arasında razılıq əldə olunub. Rəsmi açıqlamanın yaxn günlərdə veriləcəyi bildirilir.
Qeyd edək ki, Hatay təmsilçisi daha öncə Qurban Qurbanovla danışıq aparsa da, "yox" cavabını alıb.