Azərbaycan millisinin Millətlər Liqasında rəqibi Kipr yığmasının ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib.

Matc.az "Protathlima" nəşrinə istinadən xəbər verir ki, Yohan Valemin baş məşqçi olduğu komanda sentyabrın 8-də Azərbaycan yığmasını GPS stadionunda qəbul edəcək.

Qeyd edək ki, Canni De Byazinin baş məşqçi olduğu Azərbaycan yığması Millətlər Liqasındakı ilk matçını sentyabrın 5-də Bakı Olimpiya Stadionunda Lüksemburqa qarşı keçirəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest