24 İyul 2020, 12:21
FUTBOL
Əyalət təmsilçisinin baş meneceri Zaur Əzizovun verdiyi məlumata görə, toqolu yarımmüdafiəçi Yaovi Akakpo da komandada qalacaq. Klub rəsmisi 21 yaşlı oyunçunun hazırda komanda ilə birlikdə məşq etdiyini söyləyib.
Azərbaycan Premyer Liqasında çıxış edən "Qəbələ" komandasında daha bir legioner futbolçunun durumuna aydınlıq gəlib.
Əyalət təmsilçisinin baş meneceri Zaur Əzizovun verdiyi məlumata görə, toqolu yarımmüdafiəçi Yaovi Akakpo da komandada qalacaq. Klub rəsmisi 21 yaşlı oyunçunun hazırda komanda ilə birlikdə məşq etdiyini söyləyib.
Əzizov Akakponun daha iki illik müqaviləsinin olduğunu da xatırladıb. O, sözləşmələri başa çatan digər legionerlərlə də danışıqların davam etdiyini vurğulayıb.
Qeyd edək ki, Yaovi Akakpo fevralda "Qəbələ"yə keçib. Daha əvvəl legionerlərdən gürcüstanlı Merab Giqauri və çilili Rodriqo Qattasın əyalət təmsilçisində qalacağı dəqiqləşib. (report)