Avroliqada (AL) debüt edəcək "Sumqayıt"ın püşkatmada hansı səbətdə yer alacağı müəyyənləşib. Matc.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi səpələnməmişlər sırasında qərarlaşacaq.
Püşkatmada səpələnmişlərdə yer alacaq "Neftçi"nin isə potensial rəqiblərindən biri də müəyyənləşib. Rumıniya təmsilçisi "Botoşani" I təsnifat mərhələsində "Neftçi"yə rəqib ola bilər.
Premyer Liqanın gümüş mükafatçısının ümumilikdə 37 potensial rəqibi bilinir.
Azərbaycanın Avroliqadakı digər təmsilçilərindən "Keşlə"nin səbəti isə hələ də qeyri-müəyyəndir.
Qeyd edək ki, I təsnifat mərhələsinin püşkü avqustun 10-da atılacaq.
Səpələnmişlər
"Neftçi" (Azərbaycan), APOEL (Kipr), "Partizan" (Serbiya), "Styaua" (Rumıniya), "Maribor" (Sloveniya), "Hapoel" (Beer-Şeva, İsrail), "Rusenborq" (Norveç), "Apollon" (Kipr), "Fehervar" (Macarıstan), "Şkendiya" (Şimali Makedoniya), TNS (Uels), "Dinamo" (Minsk, Belarus), "Lex" (Polşa), "Aberdin" (Şotlandiya), "Jrinski" (Bosniya və Herseqovina), "Alaşkert" (Ermənistan)*, "Kayrat" (Qazaxıstan), "Jalgiris" (Vilnüs, Litva), "Motervell" (Şotlandiya), "Kukesi" (Albaniya), "Vaduts" (Lixtenşteyn), "Valletta" (Malta), "Ventspils" (Latviya), "Olimpiya" (Sloveniya), "Topola" (Serbiya), "Nomme Kalyu" (Estoniya), "Şaxtyor" (Belarus), "Hammarbü" (İsveç), "Hafnarfyordur" (İslandiya), "Bodo-Qlimt" (Norveç), "Riterlay" (Litva), "Proqress" (Lüksemburq), çSKA (Sofiya, Bolqarıstan), "Sutyeska" (Monteneqro), "Honved" (Macarıstan), "Makkabi" (Hayfa, İsrail), "Beytar" (İsrail), "Ordabası" (Qazaxıstan), "Şemrok Rovers" (İrlandiya)
Səpələnməmişlər
"Sumqayıt" (Azərbaycan), "Lokomotiv" (Plovdiv, Bolqarıstan), "Slaviya" (Bolqarıstan), "Botoşani" (Rumıniya), "Pyast" (Polşa), "Levadiya" (Estoniya), "Hibernians" (Malta), "Dunayska Streda" (Slovakiya), "Rujomberok" (Slovakiya), "Jilina" (Slovakiya), "Jelezniçar" (Bosniya və Herseqovina), "Laçi" (Albaniya), "Mura" (Sloveniya), "Puşkaş Akademi" (Macarıstan), "Saburtalo" (Gürcüstan), "Şkupi" (Şimali Makedoniya), "Petrokub" (Moldova), "Union" (Lüksemburq), "Differdanj" (Lüksemburq), "Jalgiris" (Kauno, Litva), "Riqa" (Latviya), "Valmieras" (Latviya), "Noa" (Ermənistan)*, "Şirak" (Ermənistan)*, "Renova" (Şimali Makedoniya), "Boraç" (Bosniya və Herseqovina), "Sfantul Qeorqe" (Moldova), "Dinamo-Avto" (Moldova), "Bohemians" (İrlandiya), "Derri Siti" (İrlandiya), "İnter" (Finlandiya), "İlves" (Finlandiya), "Honka" (Finlandiya), "Breydablik" (İslandiya), "Bala Taun" (Uels), "Dinamo" (Batumi, Gürcüstan), "Lokomotivi" (Gürcüstan), "Sirens" (Malta), "Vikinqur" (İslandiya), "Payde" (Estoniya)