Daha bir türkiyəli futbolçu karyerasını Fransada davam etdirəcək. Matc.az xəbər verir ki,  "Qalatasaray"ın yarımmüdafiəçisi Mustafa Kapı "Lill" klubu ilə anlaşıb.

"Beşiktaş"ın kapitanı Burak Yılmazla 2 illik anlaşma əldə edən "Lill" Mustafanın transferini də həll edib. 18 yaşlı orta sahə oyunçusu Liqa1 təmsilçisi ilə 5 illik sözləşmə imzalayacaq.

Qeyd edək ki, "Qalatasaray"ın yetirməsi olan Mustafa Kapı 2018-ci ildən əsas komandaya cəlb olunur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest