27 İyul 2020, 14:33
FUTBOL
"Barselona"nın yarımmüdafiəçisi Flipp Koutinyonun gələcəyi bəlirsiz olaraq qalır. Matc.az xəbər verir ki, mövsümü icarə əsasında "Bavariya"da keçirən futbolçu Münxen klubunda qalmayacaq.
İspaniyanın nüfuzlu "Marca" nəşri yazır ki, Kataloniya klubu futbolçu üçün heç bir rəsmi təklif almayıb. Bununla yanaşı, rəhbərlik Koutinyonun satışından 80 milyon avro qazanmaq niyyətindədir. Daha öncə "Arsenal"ın yarımmüdafiəçinin xidmətində maraqlı olduğu deyilirdi.
Xatırladaq ki, Koutinyo "Bavariya"nın çempionlar Liqasındakı mübarizəsində komandanın heyətində olacaq.
Qeyd edək ki, 28 yaşlı futbolçu 2018-ci ildə 120 milyon qarşılığında "Liverpul"dan "Barselona"ya keçib.