28 İyul 2020, 12:28
FUTBOL
"çelsi"nin yarımmüdafiəçisi Villian bu yay klubu tərk edəcək. Matc.az xəbər verir ki, braziliyalı futbolçu London klubu ilə müqavilə yeniləməkdən imtina edib.
Hazırda azad agent statusu daşıyan yarımmüdafiəçi ilə bir neçə klub maraqlanır. Ancaq Villian karyerasını Premyer Liqada davam etdirmək niyyətindədir.
Oyunçu üçün əsas namizədin "Arsenal" olduğu bildirilir. Futbolçunun da "topçular"a keçməyə müsbət yanaşdığı vurğulanıb.
Villian cari mövsüm Premyer Liqada 36 oyun keçirib və 9 qol vurub.