"Barselona" futbolçusu İvan Rakitiçi satmağa razılıq verib. Matc.az xəbər verir ki, La Liqa təmsilçisi transfer dönəmində xorvatiyalı yarımmüdafiəçi ilə yolları ayıracaq..

Kataloniya klubu Rakitiçin satışından 10 milyon avro qazanmağı planlaşdırır. 2021-ci ildə müqaviləsi başa çatacaq İvan bir neçə klubun maraq dairəsindədir.

Yarımmüdafiəçi ilə sabiq komandası "Sevilya" maraqlanır. Lakin klub futbolçunu azad agent kimi heyətinə qatmaq arzusundadır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest