28 İyul 2020, 17:17
FUTBOL
"Barselona"nın yarımmüdafiəçisi Flipp Koutinyo karyerasını İngiltərədə davam etdirə bilər. Matc.az xəbər verir ki, bu barədə futbolçunun agenti Kia Jurabçian məlumat verib:
"Koutinyonun İngiltərəyə qayıtmaq istədiyi sirr deyil. Ona Premyer Liqa təmsilçilərindən böyük maraq olsa da, hələ ki dəqiq bir şey yoxdur".
Daha əvvəl "Arsenal" və "Tottenhem"in oyunçunun xidmətində maraqlı olduğu barədə söz-söhbətlər var idi.
Koutinyo 2019/20 mövsümünü icarə əsasında "Bavariya"da keçirib. Münhen klubu braziliyalının icarə müddətini çempionlar Liqasının sonuna qədər uzatsa da, oyunçunu "Barselona"dan almaq niyyəti yoxdur. İspaniya mətbuatı isə Kataloniya təmsilçisinin yarımmüdafiəçini satacağını iddia edir.