29 İyul 2020, 10:50
FUTBOL
"Vulverhempton"un hücumçusu Adam Traore mövsüm sonu komandasını dəyişə bilər. Matc.az ESPN nəşrinə istinadən xəbər verir ki, futbolçu ilə "Mançester Siti" və "Yuventus" klubları maraqlanır.
"Canavarlar" çempionlar Liqasına vəsiqə qazana bilmədiyi üçün Traore klubdan ayrıla bilər. Futbolçu daha öncə çL-də çıxış etmək istədiyini açıqlayıb. 24 yaşlı hücumçu Premyer Liqada qalmağa üstünlük verir. Bu səbəbdən də "şəhərlilər"in oyunçunu almaq ehtimalı daha yüksəkdir.
Qeyd edək ki, ispaniyalı forvard 2019/20 mövsümündə "Vulverhempton"də 47 oyun keçirib və 6 qol vurub.