Qazaxıstan Premyer Liqasında 2020/2021 mövsümü nəzərdə tutulan vaxtda başlamayacaq.

Matc.az xəbər verir ki, ölkədə koronavirus pandemiyası ilə əlaqədar karantin rejimi 2 həftəlik uzadılıb. Yeni mövsümlə bağlı qərarın isə karantin müddəti başa çatdıqdan sonra veriləcəyi bildirilir.

Qeyd edək ki, Qazaxıstan Premyer Liqası avqustun 3-də başlamalı idi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest