29 İyul 2020, 17:11
FUTBOL
"Borussiya"nın yarımmüdafiəçisi Yadon Sançonun "Mançester Yunayted"ə keçidi baş tutmaya bilər. Matc.az xəbər verir ki, buna səbəb oyunçunun yüksək maliyyətə səbəb olmasıdır.
Məlumata görə, "sarı-qaralar" 20 yaşlı futbolçu üçün 100 milyon avro tələb edir. Premyer Liqa təmsilçisi isə bu məbləği ödəyə bilmir. Dortmun klubu Sançonun qiymətini endirmək niyyətində deyil.
Qeyd edək ki, "Borussiya" təlim-məşq toplanışına avqustun 10-da başlayacaq. Bu müddətə qədər transferin reallaşması mümkün görünmür.