Qrupun təşəbbüsünün rəsmi qeydiyyata alınmasından sonra klub üzvlərinin 15 faizi - yəni 17 minə yaxın imza toplamaq üçün 14 gün vaxt veriləcək. Sonra klubun bütün üzvləri arasında referendum keçirilməsi nəzərdə tutulub.
"Barselona" klubunun üzvləri prezident Xosep Bartomeunu vaxtından əvvəl göndərmək üçün imza toplamağa başlayıb. Matc.az ESPN nəşrinə istinadən xəbər verir ki, "Cor Blaugrana" adlı bir azarkeş qrupu rəhbərliyin dərhal dəyişməsinin tərafdarıdır.
Qrupun təşəbbüsünün rəsmi qeydiyyata alınmasından sonra klub üzvlərinin 15 faizi – yəni 17 minə yaxın imza toplamaq üçün 14 gün vaxt veriləcək. Sonra klubun bütün üzvləri arasında referendum keçirilməsi nəzərdə tutulub.
"Barselona"da erkən seçim üçün 154 min üzvün 101 mindən çoxunun razılığı tələb olunur. Hərəkat nümayəndələri imza toplamağı çətinləşdirən bir sıra amillərə baxmayaraq, rəhbərliyin idarəediciliyini qəbuledilməz hesab edirlər. Əgər üzvlər arasında razılıq əldə olunsa, Kataloniya təmsilçisi bu il növbədənkənar seçki keçirə bilər.
Qeyd edək ki, klubda prezident seçkiləri 2021-ci ilin yayında olmalıdır. Keçmiş prezidentlər Xoan Laporta, Sandro Rosell və iş adamı Viktor Font namizədlər siyahısındadır.