30 İyul 2020, 12:50
FUTBOL
"Mançester Siti" heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az "Sky Sports"a istinadən xəbər verir ki,"Valensiya"nın futbolçusu Fernan Torres karyerasını "şəhərlilər"də davam etdirəcək.
Premyer Liqa təmsilçisinin oyunçu ilə 5 illik müqavilə bağlayacağı bildirilir. Mançester klubu Foden üçün "Valensiya"ya 27 milyon avro ödəyəcək.
Qeyd edək ki, ötən mövsüm "yarasalar"ın heyətində 44 oyun keçirən ispaniyalı 6 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.