UEFA  İspaniyanın "Real" və "Sevilya" komandalarında koronavirus aşkarlanmasına münasibət bildirib. Matc.az xəbər verir ki, hər iki klubun bir futbolçusunun testi müsbət nəticə verib.

Qrumun mətbuat xidmətindən bildiriblər ki, UEFA komandalarda xəstəliyə yoluxan oyunçular olsa da, bundan ciddi narahatçılıq keçirmir. Bu hallar avrokubok görüşlərinin keçirilməsinə mane hesab olunmur.

Xatırladaq ki, çempionlar Liqasının 1/8 final mərhələsində "Real" "Mançester Siti" ilə, Avroliqada isə  "Sevilya" "Roma" komandasıyla qarşılaşacaq.

Qeyd edək ki, "Real"ın hücumçusu Mariano Diasla yanaşı, Əndəlus təmsilçisinin adı açıqlanmayan bir oyunçusunun koronavirusa yoluxduğu bildirilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest