31 İyul 2020, 12:30
FUTBOL
Təlim-məşq toplanışını Qəbələdə dava etdirən "Sabah" və "Sumqayıt" yoxlama görüşündə üz-üzə gəliblər. Matc.az xəbər verir ki, dünən leysan yağışı səbəbindən yarımçıq dayandırılan qarşılaşma bu gün qaldığı yerdən davam etdirilib.
Matçın taleyini 1 qol həll edib. Masazır təmsilçisinin yeni transferi Slavik Alxasovun 81-ci dəqiqədə vurduğu qol komandasına qələbə qazandırıb.
Qeyd edək ki, "Sabah" ispaniyalı yeni baş məşqçisi Visente Qomezin başçılığı altında Qəbələdəki ilk yoxlama matçında "Qarabağ"a 2:1 hesabı ilə qalib gəlib. "Sumqayıt" isə bundan əvvəlki görüşdə "Neftçi"yə uduzub - 0:3.