01 Avqust 2020, 15:23
FUTBOL
Türkiyə millisinin futbolçusu Burak Yılmazın Fransanın "Lill" klubuna keçidi rəsmiləşib. Matc.az xəbər verir ki, Liqa1 təmsilçisi transferi açıqlayıb.
"Beşiktaş"la qarşılıqlı razılıqla yollarını ayıran Yılmaz Fransa klubu ilə 2 illik müqavilə imzalayıb. 35 yaşlı forvard 2022-ci ilin yayına qədər "Lill"də çıxış edəcək.
Qeyd edək ki, daha iki türk futbolçu - Yusuf Yazıçı və Zəki çelik də "itlər"in formasını geyinir.