05 Avqust 2020, 10:46
FUTBOL
"Real"ın yarımmüdafiəçisi Xames Rodriges karyerasını Fransada davam etdirə bilər. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, oyunçunun agenti onu PSJ-yə təklif edib.
Daha əvvəl yarımmüdafiəçi ilə "Mançester Yunayted"in maraqlandığı bildirilirdi. İngiltərə klubu kolumbiyalı üçün 25 milyon avro versə də, Madrid təmsilçisi Xamesin satışından 35 milyon qazanmağa düşünür.
İspaniiya mətbuatı PSJ-nin də oyunçuya maraqlı olduğunu yazır. Əgər Rodriges Fransada oynamaq istəsə, tərəflər danışıqlara başlayacaq.
Qeyd edək ki, kolumbiyalı cari mövsüm La Liqada cəmi 7 oyunda çıxış edib və 1 qol vurub.