çempionlar Liqası 1/8 final mərhələsinin cavab oyunlarına hakim təyinatları açıqlanıb. Matc.az xəbər verir ki, "Barselona" - "Napoli" görüşü türkiyəli ədalət təmsilçisi Cüneyt çakıra tapşırılıb.

Ona həmyerliləri Bahattin Duran və Tarık Ongun köməklik edəcək. Dördüncü hakim funksiyasını Halil Umut Melter yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma avqustun 8-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest