06 Avqust 2020, 15:56
FUTBOL
"Fənərbaxça" heyətini daha bir oyunçu ilə gücləndirib.
Matc.az klub saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Mert Hakan Yandaşla müqavilə imzalayıb. Məlumata görə, 25 yaşlı futbolçu yeni klubu ilə 4 illik müqavilə bağlayıb.
"Sivasspor"dan "Fənər"ə keçən yarımmüdafiəçi cari mövsüm 32 oyunda 6 qol vurub və 4 məhsuldar ötürmə verib.