"Keşlə"nin Avropa Liqasındakı matçı Bakıda keçirilməyə bilər. Matc.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəqibi Albaniyanın "Laçi" klubunun direktoru Naim Halili "Panorama" nəşrinə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycanda koronavirus pandemiyası səbəbindən bəzi məhdudiyyətlər var. Klub funksioneri bu səbəbdən oyunun Kiprdə və İspaniyada keçirilə biləcəyini vurğulayıb. Halili yekun qərarın yaxın günlərdə veriləcəyini sözlərinə əlavə edib.

Qeyd edək ki, "Keşlə" – "Laçi" oyunu avqustun 27-də Bakıda keçirilməlidir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest