12 Avqust 2020, 10:20
FUTBOL
Avropa Liqasında həftənin oyunçusu adına namizədlər açıqlanıb. Matc.az xəbər verir ki, 1/4 final matçlarından sonra 4 futbolçu ən yaxşı adına namizəddir.
Bunlar Tayson ("Şaxtyor"), Karl-Yohan Yonsson ("Kopenhagen"), Nikolo Barella ("İnter") və Lukas Okamposdur ("Sevilya").
Bu futbolçulardan yalnız qapıçı Karl-Yohan Yonssonun formasını geyindiyi "Kopenhagen mübarizəni dayandırıb.
Qeyd edək ki, "İnter", "Şaxtyor", "Mançester Yunayted" və "Sevilya" Avropa Liqasında yarımfinala adlayıb.