14 Avqust 2020, 13:08
FUTBOL
Futbol üzrə Azərbaycan milli komandasının məşqçi heyəti bu gün Premyer Liqa klublarının keçirəcəyi yoxlama oyunlarını izləyəcək.
Matc.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Canni De Byazi "Keşlə" – "Səbail" matçına baxacaq.
64 yaşlı italiyalı mütəxəssisin köməkçiləri Arif Əsədov və Klaudio Beluççi "Sumqayıt" – "Zirə" görüşündə olacaq. Yığmanın digər məşqçiləri Benito Karbone, Alessandro Skaya və Dmitri Kramarenko "Neftçi" – "Qəbələ" oyununu izləyəcəklər.
Qeyd edək ki, AFFA Canni De Byazi ilə 1,5 illik müqavilə imzalayıb.