"Barselona"nın prezidenti Xosep Bartomeu baş məşqçi Kike Setyenin vəzifəsindən azad edildiyini açıqlayıb. Matc.az xəbər verir ki, klub rəhbəri 61 yaşlı mütəxəssisin işdən çıxarıldığını bildirib.

Setyen ötən mövsümün yanvarında komandanın başına keçmişdi. Onun rəhbərlik etdiyi Kataloniya təmsilçisi çempionluğu "Real"a uduzdu və çempioonlar Liqasının ¼ finalında "Bavariya"ya qarşı ağır məğlubiyyət aldı – 2:8.

İspaniya mətbuatı Setyenin yerinə Ronald Kuman, Maurisio Poçettino, Massimiliano Alleqri və Terri Anrinin namizəd olduğunu yazır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest