17 Avqust 2020, 10:58
FUTBOL
"Barselona"nın kapitanı Lionel Messi klubu tərk edə bilər. Matc.az "Marca" nəşrinə istinadən xəbər verir ki, argentinalı Kataloniya təmsilçisi ilə müqavilə yeniləmək niyyətində deyil.
Məlumata görə, ulduz oyunçu "Bavariya"ya qarşı alınan ağır məğlubiyyətin ardından komandadan ayrılmağa qərar verib. 33 yaşlı futbolçu klubdakı idarəetmədən narazıdır. O, gələcək yeni təklifləri dəyərləndirməyə hazırdır.
Xatırladaq ki, Messinin 2021-ci ilə qədər "Barselona" ilə müqaviləsi olsa da, o, hər mövsüm sonu klubdan ayrılma haqqına sahibdir.