"Yuventus"un hücumçusu Kristiano Ronaldo gələcək karyerası ilə bağlı qərarını verib. Matc.az xəbər verir ki, portuqaliyalı futbolçu İtaliyada oynamağa davam etmək niyyətindədir.

Məlumata görə, Turin təmsilçisinin yeni baş məşqçisi Andrea Pirlo Ronaldo ilə əlaqə saxlayıb və klubun gələcək planlarını müzakirə edib.

İtaliyalı mütəxəssis portuqaliyalı ulduza heyətin əsas silahlarından biri olduğunu və onu komandada görmək istədiyini bildirib. Bu səbəbdən də Kristianonun "Yuventus"dan ayrılmayacağı vurğulanıb.

Qeyd edək ki, daha öncə A Seriyası təmsilçisinin yüksək maaş alan futbolçularla o cümlədən də Ronaldo ilə yollarını ayıracağı iddia edilirdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest