21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının keçirəcəyi oyunların stadionları müəyyənləşib.
 
Matc.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma oktyabrın 8-də Nitra şəhərindəki eyniadlı stadionunda Slovakiya ilə üz-üzə gələcək. 
 
Komanda oktyabrın 13-də Qori şəhərindəki Tengiz Burjanadze adına stadionda Gürcüstan yığması ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest