"Barselona"nın yeni çalışdırıcısı bəlli olur. Matc.az AS nəşrinə istinadən xəbər verir ki, rəhbərlik niderlandlı məşqçi Ronald Kumanı komandaya baş məşqçisi təyin etməyi planlaşdırır.

Məlumata görə, təyinat çərşənbə axşamı "Barselona" idarə heyəti tərəfindən təsdiqlənəcək. Eyni zamanda, qarşıdakı anlaşmanın əsas nüansı Kumanın Hollandiya millisi ilə 2022-ci ilin payızına qədər hesablanmış müqaviləsidir.

Qeyd edək ki, təcrübəli mütəxəssis 2018-ci ildən Niderland millisini çalışdırır. Komanda onun rəhbərliyi ilə AVRO-2020-yə vəsiqə qazanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest