17 Avqust 2020, 15:54
FUTBOL
UEFA çempionlar Liqasında həftənin futbolçusu açıqlanıb. Matc.az xəbər verir ki, PSJ-nin futbolçusu Neymar bu ada layiq görülüb.
28 yaşlı hücumçu komandasının "Atalanta"ya qarşı 2:1 hesabı ilə qalib gəldiyi matçın ən yaxşısı olub.
O, azarkeşlərin səsverməsində "Leyptsiq"inin müdafiəçisi Dayot Upamekano, "Bavariya"nın forvardı Tomas Müller və "Lion"un hücumçusu Mussa Dembeleni qabaqlayıb.
Qeyd edək ki, çempionlar Liqasının yarımfinalında "Leyptsiq" - PSJ və "Lion" - "Bavariya" görüşləri keçiriləcək.