UEFA "Keşlə"nin Avropa Liqasının I təsnifat mərhələsində "Laçi" ilə matçının hakimlərini açıqlayıb.

Matc.az xəbər verir ki, paytaxtımızda baş tutacaq görüş gürcüstanlı hakimlərə tapşırılıb.

Qarşılaşmanın baş hakimi Georgi Kikaçeişvili olacaq. Ona həmyerliləri Davit Qabisoniya və David Axvlediani kömək edəcəklər. Ehtiyat hakim isə İrakli Kvirikaşvili təyin edilib.

Qeyd edək ki, "Keşlə" – "Laçi" oyunu avqustun 27-də "ASK Arena"da keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest